Salyanda ər-arvad yol qəzasında ölüb
Salyanda baş verən avtoqəzada ər və arvad ölüb. APA TV-nin məlumatına görə, Ələt-Astara yolunun 77-ci kilometrliyində "KamAZ" markalı avtomobillə "MAZ" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Lənkəran sakini, 51 yaşlı Mirhadı Cabbarovun idarə etdiyi "KamAZ"la Astara rayonunun Ərçivan kənd sakini, 32 yaşlı Allahverdi Eyniyevin idarə etdiyi "MAZ" toqquşub. Nəticədə "KamAZ"ın sürücüsü və sərnişin, sürücünün həyat yoldaşı Təranə Cabbarova ölüb. "MAZ"ın sürücüsü isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.