Bakıda 32 yaşlı kişini bıçaqladılar
Ötən axşam paytaxtda bıçaqlanma hadisəsi olub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
1983-cü il təvəllüdlü rayon sakini Murad Mehdiyev Əhməd Cavad küçəsi, ev 5 ünvanında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə 3 saylı şəhər Kilinik Xəstəxanasına çatdırılıb.
Xəstəxananın cərrahı Aydın Kazımovun verdiyi məlumata görə, xəstə qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub: "Xəstə ağır vəziyyətdə xəstəxanamıza gəlmişdi. Təcili əməliyyat olundu. Böyük piyin yarası tikildi. Hal-hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin həyatı üçün heç bir təhlükə yoxdur".
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.