Fransada növbəti terror aktının qarşısı alındı

Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi asayiş keşikçilərinə qarşı törədilməsi planlaşdırılan növbəti terror aktının qarşısını alıb.

 

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.

 

Nazirin sözlərinə görə, istintaq çərçivəsində Orleanda iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin hazırda Suriyada olan digər Fransa vətəndaşı ilə əlaqədə olduqları müəyyən edilib.

 

Nazir əlavə edib ki, son iki ildə Fransa xüsusi xidmət orqanları 10 terror aktının qarşısını alıb.

 

Xatırladaq ki, ötən ay Fransada baş verən silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Müəllif | Apa.Tv