İmişlidə toqquşan iki maşın aşdı: 3 yaralı

İmişlidə avtomobillərin toqquşması 3 nəfərin xəsarət almasına səbəb olub.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Hacıqabul-Horadiz avtomobil yolunun 109-cu kilometrliyində, İmişli rayonu ərazisində  qeydə alınıb.

 

Qəza zamanı İmişli rayon sakini, 66 yaşlı Ələmdar Məhəmməd oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Beyləqan rayon sakini Vaqif Çərkəz oğlu Rəsulovun idarə etdiyi "Opel" toqquşub. Hər iki avtomobil yoldan çıxaraq aşıb. Nəticədə  avtomobillərin sürücüləri  və  59 yaşlı Beyləqan sakini Eldar Ərşad oğlu Şəmiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı