İstanbul aeroportunda təyyarə partladıldı
İstanbul şəhərindəki Sabiha Gökçen Hava Limanında partlayış baş verib, iki nəfər xəsarət alıb.
APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, “Pegasus” şirkətinə məxsus təyyarədə baş verən partlayışın səbəbi hələlik məlum deyil.
Şirkətin yaydığı məlumatda hadisə zamanı təyyarədə heç kəsin olmadığı qeyd edilib. Xəsarət alan iki nəfər yaxınlıqdakı şirkətə məxsus başqa təyyarədə olub.
Hava limanından bildirilib ki, hadisə aeroportun fəaliyyətində problem yaratmayıb, digər təyyarələrin reysləri vaxtında həyata keçirilib.
İstanbul valisi Vasip Şahin faktla bağlı araşdırmaların davam etdirildiyini bildirib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Hava limanına gələn bütün yollarda nəzarət gücləndirilib.