Əsəd qüvvələri Suriyada kimyəvi bombadan istifadə etdi: ölənlər var

Suriya Hərbi Hava Qüvvələrinə məxsus helikopter Dəməşqin yaxınlığında yerləşən və müxalif silahlı birləşmələrin nəzarətində olan yaşayış məskəninə qaz bombası atıb.

 

APA TV-nin Liga.net-ə istinadən məlumatına görə, kimyəvi maddə tərkibli "çəllək bombası"nın atılması nəticəsində 10 nəfər ölüb, 30 sakin isə zəhərlənib. Ölənlərdən biri azyaşlıdır.

Bölgədə fəaliyyət göstərən tibbi personal da faktı təsdiqləyib. "Zəhərlənən şəxslər xəstəxanalara yerləşdirilib, onların vəziyyəti ağırdır", - deyə məlumatda bildirir.


Xatırladaq ki, bu, Suriyada kimyəvi silahdan istifadə edilməsi ilə bağlı ilk fakt deyil.

Müəllif | Apa.Tv
Apa.tv