Vəkil Rauf Mirqədirova bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA TV-nın məlumatına görə, proses hakim Əlisultan Osmanovun sədrliyi ilə olan qapalı keçirilib.

 

İclasda vəkil Fuad Ağayev müdafiə nitqi ilə çıxış edib və məhkəmədən Rauf Mirqədirov barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

 

Daha sonra Rauf Mirqədirov son söz demək üçün məhkəmədən vaxt istəyib.

 

Proses dekabrın 25-də davam etdiriləcək.

 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

 

Müəllif | Apa.Tv