Vergilər Nazirliyi müğənni Rəqsanəni 104 min manat cərimələdi

Vergilər Nazirliyi müğənni Rəqsanə İsmayılovaya 104 min manat borc yazıb. Bu barədə Lent.az-a müğənnin özü məlumat verib.

 

O bildirib ki, bu cərimə 3 ay ərzində yazılıb: “Hazırda Moskvadayam. Vergilər Nazirliyi tərəfindən 3 aya 104 min manat cərimə olunmuşam. Bütün məsələlərlə vəkilim məşğul olur. Vəkilimin araşdırması yekunlaşandan sonra mətbuata açıqlama verəcəyəm”.

 

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi şou-biznesin bir çox tanınmış nümayəndəsinin vergi borcu ilə bağlı məlumat yayıb.

Müəllif | Apa.Tv
Apa.tv