Göygöldə “QAZ-24” yük maşını ilə toqquşdu: 1 ölü

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə ötən axşam Bakı-Qazax magistral yolunun 379-cu kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb.

 

Daşkəsən rayon sakini, 41 yaşlı Nuriyev Azər Ələsgər oğlunun idarə etdiyi “QAZ-24” markalı avtomobillə “Mercedes Benz” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Azər Nuriyev hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.

Müəllif | Apa.Tv
Azər Məmmədli