Səudiyyə Ərəbistanında dəhşət: 25 xəstə diri-diri yandı
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan əyalətində xəstəxanalardan birində güclü yanğın baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Mülki Müdafiə Xidməti 25 nəfərin öldüyü, 100-dən çox insanın xəsarət alması barədə məlumat yayıb.
Yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alan şəxslərin hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Yanğının səbəbləri müəyyənləşdirilir. Faktla bağlı cinayət işi başlanıb.