Rəsul Quliyev Milli Şuranın mitinqini "multfilm" adlandırıb - SƏS YAZISI
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təşviqat mitinqini multfilim adlandırıb. APA TV-nin məlumatına görə, Rusiyanın REKS İnformasiya Agentliyi Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin telefon danışığının lent yazısını yayımlayıb. Mitinqi “nastoyaşşi multfilm” adlandıran Rəsul Quliyev “El” Hərəkatının rəhbəri Eldar Namazovun ünvanına da təhqiramiz ifadələr işlədib.
Rəsul Quliyev müxalifəti mitinqə adam toplaya bilməməkdə ittiham edib. ACP lideri Sülhəddin Əkbərin mitinqdə çıxış etməməsini təqdir edib.