Türkiyə vətəndaşlarının Rusiyadakı şirkətlərdə çalışmasına icazə verildi
Türkiyə vətəndaşlarının Rusiya şirkətlərində çalışmasına icazə verilib. APA TV-nin Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev sərəncam imzalayıb. Baş nazir məsələnin razılaşdırıldığını bildirib.
"Mən bunda mənfi heç nə görmürəm. Belə bir qadağanın bütün təşkilatlara qoyulması düzgün deyil. Biz bu qərarı bəzi regionlardakı nazirliklərin maraqlarını nəzərə alaraq vermişik. Amma bu, bütün qurumlara aid deyil", - deyə Medvedev bildirib.