Bakıda mənzildən 18 min manat oğurlayan gürcü və azərbaycanlı oğrular yaxalandı
Utandığını deyən Zöhrab Şirinov üzünü kameraya göstərmək istəmədi. Sonradan məlum oldu ki, Zöhrabda abır -haya hissləri polis bölməsinə düşəndən sonra yaranıb. Müstəntiq Ramil Əliyevin sözlərinə görə, 1 ildən çoxdur axtarışda olan bu şəxs mənzil oğurluğu ilə məşğul imiş. Özü də tək yox . 52 illik ömrünün 30 ilini dəmir barmaqlıqlar arasında kecırən təqsirləndirilən şəxs Gürcüstanda cəza çəkərkən Aleksandr Feradze adlı şəxslə tanış olub. Onu Bakıya dəvət edəndən sonra mənzil qarəti ilə məşğul olublar. İstintaq müəyyən edib ki , onlar təkcə Kamil Bakıyev küçəsi, 59 saylı mənzildən 18 .000 manat nağd pul aparıblar.
Müstəntiqin sözlərinə görə, onların bir neçə cinayətdə iştrakı istisna olunmur. Üzlərini də kameradan elə bu məqsədlə gizlədirlər. Hələlik özləri 2 faktdan başqa heç nə demirlər.
Qeyd edək ki , gürcü Aleksandr Feradze 3, Zöhrab Şirinov isə 8 dəfə məhkumluq həyatı yaşayıb.