Vüqar Səfərli: "Jurnalistlər üçün ikinci bina gələn ilin dekabr ayında təhvil veriləcək”
“2013-cü ildə jurnalistlər üçün təməli qoyulan ikinci yaşayış binası gələn ilin dekabr ayında təhvil veriləcək”.
APA TV-nin nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
“Biz 2013-cü ildə ilk binanı 156 jurnalistin ixtiyarına verdik. 2013-cü ildə prezidentin sərəncamı əsasında ikinci binanın təməlini qoyduq. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət tərəfindən ev hədiyyə edilmir. Bu, məhz bizim prezidentimizin jurnalistlərə hədiyyəsidir” - deyə o qeyd edib.