Gəncədə seçki hüququna dair konfrans keçirilib
Gəncədə Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə seçki hüququna dair tədbir keçirib. Müşavirədə Mərkəzi Seçki Komissiyası, seçki dairələri, qeyri-hökumət təşkilatları, hüqüq mühafizə orqanları və 12 ətraf rayonun yerli icra hakimiyyətinin nümayəndələri iştirak edib. APA TV-nin məluamtına görə, müşavirənin keçirilməsində məqsəd insanların maarifləndirilməsi, onlara hüquq və vəzifələri haqqında məlumat vermək, seçkilərlə bağlı problemlərin aradan qaldırılması olub. Müşavirədə Seçki Məcəlləsi və ona edilən əlavə və dəyişikliklər, eləcə də müşahidələrin aparılması qaydaları barədə məlumat verilib. Həmçinin yığıncaqda seçki hüquqları, seçki prosesinin şəffaf və demokratik keçirilməsində aidiyyatı dövlət qurumlarının üzərinə düşən öhdəliklərdən söhbət açılıb.