Bakıda “Galenwagen” “Toyota Prado”nu aşırdı
Bakının mərkəzində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə bu gün saat 12.15 radələrində Səbail rayonu, Vaqif küçəsində qeydə alınıb.
“Mercedes Benz Galenwagen” markalı, 90 TG 099 dövlət nömrə nişanlı avtomobil “Toyota Prado” markalı, 90 BE 626 dövlət nömrə nişanlı maşınla toqquşub.
Zərbənin təsirindən “Toyota Prado” aşıb. Xoşbəxtlikdən tələfat yoxdur, avtomobillərin qoruyucu yastıqları açılıb. Hər iki avtomobilin sürücüsü xəsarət alıb. Hadisənin kimin günahı ucbatından baş verdiyi araşdırılır.