Dollar və avro yenə bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları dekabrın ötən günü ilə müqayisədə manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,554 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda da bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7043 manatdır.

 

Rusiya rublunun kursunda isə ucuzlaşma var. Hazırda 1000 rublun rəsmi kursu 22 manat 10 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

 

Müəllif | Apa.Tv
Apa.tv