"Şərq bazarı"nın qarşısında 21 yaşlı gənc güllələndi
Ötən gecə Bakıda 21 yaşlı gənc güllələnib. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu Xətai prospektindəki "Şərq bazarı"nın yaxınlığında qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Emil Sülfi oğlu Rzayev mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, Emil Rzayevin kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.