Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edildi

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 

 

Qeyd edək ki, 2011 il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev olub. T.Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmayıb.

 

Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır.

Müəllif | Apa.Tv
Apa.tv