Qırğızıstan prezidentindən gözlənilməz açıqlama: "Türkiyə Rusiyadan üzr istəsin!"
Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiyanın "Su-24" təyyarəsini vurduğu üçün Türkiyənin üzr istəməli olduğunu qeyd edib.
APA TV-nin məlumatına görə, Atambayev müraciətində “Tayyip abi, Rusiyanın "Su-24" təyyarəsini vurduğunuz üçün üzr istəməlisiniz" ifadəsini işlədib.
Məlumat üçün bildirək ki, Almazbek Atambayev prezident Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dövrdə də "Tayyib abi" deyə xitab edib. O vaxt Türkiyə Qırğızıstanın 50 milyon dollar borcunu da silib. Bu səbəbdən Ərdoğan prezident seçildikdən sonra ilk çıxışında da yanında olan Qırğızıstan prezidenti Almazbek Atambayevin son açıqlaması gözlənilməz olub.
Atambayev qeyd edib ki, Türkiyənin Rusiyanın "Su-24" təyyarəsini vurmaq qərarı səhvdir və Ankaranın üzr istəməsi lazımdır. "Türkiyənin bu cür radikal tədbirə getməməsi lazım olduğunu ən başda söyləmişdik. Bu, faciəvi bir səhv idi. Bu, həm türk, həm də rus xalqı üçün bir problemdir" - deyə o qeyd edib.