Nigeriyada qaz zavodu partladı: 100-dən çox adam diri-diri yandı

Nigeriyada qaz emalı zavodunda güclü partlayış baş verib. APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, hadisə nəticəsində 100-dən çox insan həyatını itirib.


Ölənlərin çoxunun zavodun həyətindəki qazdoldurma məntəqəsinin müştəriləri olduğu deyilir. Onlar həmin vaxt qaz balonlarını doldurmağa gələnlərdir. Partlayış və yanğın o qədər güclü olub ki, nəticədə yaxınlıqdakı evlərdə yaşayan və ərazidən keçən bir neçə nəfər də hadisənin qurbanı olub. Çoxlu sayda yaralı var, onlar ağır yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.

 

Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv