Ağdamda iki avtomobil toqquşdu: yaralılar var

Ağdamın Quzanlı qəsəbəsində  yol-qəza hadisəsi baş verib.

 

APA TV-nin Qarabağ bürosuna verilən məlumata görə, Şıxıyev Əyyam Şöhlət oğlunun idarə etdiyi 90 MP 465 dövlət nömrə nişanlı, "VAZ-21015" markalı avtomobil, dönmə əməliyyatı etmək istəyən 59 BE 618 "VAZ-2106" markalı avtomobillə toqquşub, daha sonra isə elektrik dirəyinə çırpılıb.


Qəza zamanı xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional idarəsinin xilasediciləri cəlb olunub. Ağdam MRX-dan verilən xəbərə görə, yaralılar - 1956-cı il təvəllüdlü Süleymanov Akif İnqilab oğlunun qolu sınıb, 1950-ci il təvəllüdlü sürücü Şıxıyev Əyyam Şöhlət oğlunun vəziyyəti isə orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv