Roma qladiatorları Sumqayıtda!
Sumqayıt şəhəri hələ belə qələbəlik görməmişdi. Bir tərəfdə hərbçilərin keçidi, bir tərəfdə cəngi sədaları altında idmançıların yarışı, digər tərəfdə isə sumqayıtlıların alqışı.
Hər il 24 sentyabr Sumqayıtda Şəhər günü kimi qeyd edilir. Corat qəssəbəsində 2 min ildən çox yaşı olan qədim qaladan başlanan şənlik daha sonra Bayraq Meydanında davam etdi. Sumqayıtın 64 yaşını qeyd etməyə rəmzi olaraq öz qladiatorları ilə birlikdə Roma sərkərdəsi Pompey də qatıldı.
Şərti terrorçuların zərərsizləşdirilməsi yönümündə qurulan mini tamaşada ətafı bürüyən atəş səsləri isə sumqayıtlıları qorxutmaq əvəzinə, onları daha da ruhlandırdı.
“Şahin” respublika hərbi-idman oyununun qalibi olmuş şəhər məktəblilərinin, eyni zamanda şəhərin orta məktəb və məktəbəqədər tərbiyə müəssisələri yetirmələrinin meydandan keçidləri tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılandı.
Şəhər günündə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-leytenant Elçin Quliyev, Pompey şəhərinin vitse-meri Emiliano Sabonara və ictimaiyyət nümayəndələri qatıldılar.
Hərbi parada Hərbi Hava Qüvvələrinin şahinlərinin möhtəşəm avia şousu nöqtə qoydu.