Astarada qonşunun evini yaran şəxslər tutuldu

Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb.

 

APA TV-nin Cənub bürosunun məlumatına görə, saxlanılan şəxslər - Astara şəhər sakinləri, 36 yaşlı Azad Heydərov və 37 yaşlı Kamran Məmmədov Astara şəhəri, Azərbaycan küçəsi, 54 ünvanından oğurluq etməkdə təqsirli bilinirlər.

 

Təqsirləndirilən şəxslər evin pəncərəsinin dəmir barmaqlıqlarını və plastik pəncərəni sındıraraq, mənzilə daxil olublar. Onlar oradan ev sahibinə məxsus 1911 manat pulu, hər biri 20 manat dəyərində olan 10 ədəd ətiri, həmçinin qızıl-zinət əşyalarını oğurlayıblar. Bununla da Azad Heydərov və Kamran Məmmədov zərərçəkmiş şəxsə ümumilikdə 6431 manat məbləğində maddi ziyan vurublar.

 

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb araşdırma aparılır.

 

Müəllif | Apa.Tv