Bill Klintonun evini yandırdılar

ABŞ-nın keçmiş prezidenti Bill Klintonun Arkanzas ştatının Houp şəhərində yerləşən evi naməlum şəxslər tərəfindən yandırılıb.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, hadisəni araşdıran polis ikimərtəbəli evin qəsdən yandırıldığı ehtimalını irəli sürüb.


Belə ki, hadisə yerinin müayinəsi zamanı oradan benzin qoxusu gəldiyi hiss olunub. Bundan başqa, evin divarlarından birində naməlum təsvirlər aşkarlanıb. Yanğına vaxtında müdaxilə edildiyindən, evə bir o qədər də ziyan dəyməyib.

 

ABŞ-ın 42-ci prezidenti olmuş 69 yaşlı Bill Klintonun uşaqlığının bu evdə keçdiyi bildirilir. Sözügedən ev 1994-cü ildə ABŞ-ın milli tarixi abidələri siyahısına daxil edilib.

Müəllif | Apa.Tv
Apa.tv