Türkiyənin sərnişin təyyarəsi Rusiyada məcburi eniş etdi - SƏBƏB
Monqolustanın paytaxtı Ulan-Batora uçan "Türk Hava Yolları"na məxsus təyyarə Rusiyanın İrkutsk şəhərində məcburi eniş edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, enişin texniki problemlə bağlı olduğu ehtimal edilir.
İrkutsk aeroportundan fakt təsdiqlənib. Türkiyənin sərnişin təyyarəsinin Rusiya ərazisini nə vaxt tərk edəcəyi açıqlanmır.