İmişlidə dəhşətli qəza: 3 nəfər öldü
İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza bu gecə saat 00.30-da İmişli şəhərinin Heydər Əliyev prospektində baş verib.
İmişli sakini, 1992-ci il təvəllüdlü Kərimov Elçin Alı oğlunun idarə etdiyi "VAZ-2107" markalı 10 GU 293 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanan “QAZ-53” markalı 30 BE 153 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - İmişli rayonunun Cəfərli kənd sakini, 1989-cu il təvəllüdlü Valeh Əmir oğlu Əmirov, Otuziki kənd sakini, 1985-ci il təvəllüdlü Samir Adəm oğlu Cavadov və Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini, 1992-ci il təvəllüdlü Elçibəy Musa oğlu Mürşüdlü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Sürücü isə ağır vəziyyətdə İmişli Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsi araşdırma aparır.