Şəmkirdə neft daşıyan vaqon yandı

Şəmkirdə neft daşıyan vaqon yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, Şəmkir şəhərində Gürcüstan Respublikasına məxsus 36 vaqondan ibarət xam neft məhsulu daşıyan qatarın 15-ci vaqonu qismən və 20 kvadratmetr əraziyə dağılmış məhsul yanıb.

 

Əraziyə FHN Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Digər vaqonlar alovdan qorunub və yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

 

Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli