Xalçaçılıq sənəti yox olmaq təhlükəsiylə üz-üzə...
Dünyada üç xalçaçılıq qrupu mövcud olub - Azərbaycan, fars və Orta Asiya. Ona görə olub deyirik ki, artıq Azərbaycan xalçaçılıq sənəti təhlükəsi ilə üz-üzədir.
Faktlara və məlumatlara diqqət edək. Orta Asiya qrupunun 7, fars qrupunun 14, Azərbaycan qrupunun 148 kompazisiyası olub. Və məhz Azərbaycan qrupunda elə kompazisiyalar olub ki, onların hər birinin ayrılıqda 200-dən çox növü olub. Bu günümüzə 100-ə yaxın növü olan 15 kompazisiya gəlib çatıb. Quba xalçaçılarının bu kompazisiyaları qoruyub saxlamasında rolu olan bir xanım var Fatimə Ağamirzəyeva.
Xalçaçılıq sənətində Azərbaycanın 5 çox güclü məktəbi olub.
Muğan və Bakı məktəbi tam məhv olub. Qarabağın Muğan məktəbi ən böyük məktəb sayılıb zamanında. İşğaldan sonra müxtəlif rayonların sakinləri pərakəndə halda yaşadıqlarından Qarabağ məktəbinin də vəziyyəti ağırdır. Təbriz məktəbinə gəlincə, bu məktəb Azərbaycanın tarixi ərazisi İranla bölüşdürüləndən sonra fars qrupuna daxil edilib. Yəni çoxdan Azərbaycanın sayılmır.
Fatimə Ağamirzəyeva deyir ki, bu xalçalar bir millətin keçmişini araşdırmaq üçün yaxşı vasitədir. Xalçalardakı naxışlarda, ilmələrdə, insanların dili, inancları, əlamətləri və adətləri təbliğ edilib, yaddaşa köçürüblər. Yəni bəlkə də Azərbaycan xalçalarında özümüz haqda bilmədiyimiz çoxlu ayda məlumatlar və tarix gizlənir.
Qubanın xalçaçılıq məktəbi deyəndə yada bir də məhşur çiçi xalçaları düşür. Müsahibim deyir ki, bu xaçlalar Qubanın Çiçi kəndində
Əvvəllər bu kənddə əhalinin əksəriyyəti taxta üzərində oyma ənəti ilə məşğul olublar. Zamanla bu sənətə xalçaçılıq da əlavə olunub.
Zili xalçaları da qəribədir yun saplarla toxunmasına baxmayaraq, pambıq saplarla da işlənib.
Fatimə Ağamirzəyevanın əl işi olan Xəmsə adlı xalça isə xüsusi gözəlliyi ilə fərqlənir.
Bu sexdə Quba xanlarına məxsus gerblə işlənmiş xalça da uzun axtarıçlardan onra bərpa edilib.
O qədər xalça və xalçaçılıqdan danışdıq ki, yadda qalmaq üçün hazırladığı Dədə Qurqud adlandırılan xalçaya bir ilmə də mən atım dedim. Təbii ki, Fatimə xanımın köməyi ilə.
Çox şey itirmişik. Amma Azərbaycan xalçaçılıq sənətini itirməyə bilərik. Çünki itirmək qorxusu nədir artıq hamılıqla bilirik. Sarı Gəlini, Balabanı, Qara zurnanı, Kamançanı ermənilərdən, bəlkə də bütün dünyadan necə qoruduq, bizimdir deyib, hər kəsə necə təqdim elədiksə, Azərbaycan xalçaçılıq sənətini də eləcə qoruyub dünyaya "bu bizimdir" deyə biləcəyik. Təbii ki, bu qədim küp boyalarımızı yenidən istehsal edib Qarabağ, Muğan, Bakı xalçaçılıq məktəbini bərpa etməkdən keçir.