Dollar və avro yenə bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları dekabrın ötən günü ilə müqayisədə manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,5561 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda da bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7079 manatdır.

 

Rusiya rublunun kursu isə dəyişməyib. Hazırda 1000 rublun rəsmi kursu 22 manat 10 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv