Bağdadi: "Hər bir halda qalib gələcəyik"
İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadiyə aid səs yazısı yayılıb.
APA TV-nin məlumatına görə, Bağdadi Səudiyyə Ərəbistanının liderliyi altında Terrora qarşı İslam İttifaqını tənqid edib.
Terror qruplaşmasının lideri “əgər İslami bir koalisiya olsaydı, Fələstinin müstəqillik qazanmasını və yəhudilərin öldürülməsini hədəf alardı”, - deyə bildirib.
Bağdadi İŞİD tərəfdarlarına da səslənib: "Allahın ona ibadət edənlərə zəfəri qazandıracağına inanın. Yaxşı xəbər budur ki, dövlətimiz irəliləyir. Ona qarşı vuruşanlar çoxaldıqca, o, daha da güclənir. Hər bir halda qalib gələcəyik. Ya cənnət, ya qələbə..."