ABŞ-da tornado fəlakəti: ölənlərin sayı 26-ya çatdı

ABŞ-ın cənub-şərqində tüğyan edən tornado nəticəsində ölənlərin sayı 26-ya çatıb, 100-dək sakin xəsarət alıb.

 

APA TV-nin “Associated Press”ə istinadən xəbərinə görə, daşqın səbəbindən Alabama ştatında 190 yol bağlanıb.

 

Arkanzasda onlarla ev uçub. Missisipidə 400 evə zərər dəyib, onlardan 240-ı tamamilə uçub.

 

Tornadonun bir neçə ştatda hələ də davam etdiyi bildirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

 

Müəllif | Apa.Tv