İŞİD lideri Əbu Ömər əl-Şişani ələ keçdi - GÜRCÜ İMİŞ
ABŞ xüsusi təyinatlılarının İraqın Kərkük şəhərində keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD liderlərindən olan Əbu Ömər əl-Şişani ələ keçirilib.
APA TV-nin Vesti.Ru-ya istinadən xəbərinə görə, əl-Şişanidən başqa İŞİD qruplaşmasının daha iki səhra komandirini tutmaq mümkün olub. Həmçinin 7 terrorçu məhv edilib.
Ələ keçirilən terrorçuların Süleymaniyyə şəhərinə gətirildiyi də gələn məlumatlar arasındadır.
Daha öncə dəfələrlə Əbu Ömər əl-Şişaninin tutulduğu barədə məlumatlar yayılsa da, rəsmən təsdiqlənmirdi.
1986-cı ildə Gürcüstanda dünyaya gələn Əbu Ömər əl-Şişaninin əsl adı Tarxan Batiraşvilidir. Milliyyətcə gürcüdür.
Qeyd edək ki, ümumi sayı 100 nəfər olan ABŞ xüsusi təyinatlıları dekabrın 21-dən etibarən İraq ərazisində xüsusi əməliyyatlar keçirir.