İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlara cəlb olunur

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.

 

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv