Mətbuat katibi Şaxta baba rolunda - Bakı metrosunda ilk

BakıO ruzili bir il arzulayırıq.n qarşıdan gələn Yeni ilini təbrik edirik. işinlərimizi təbrik edək. a cavab tapmaq üçün tədbiribakı metrosunda bir ilk yaşandı. APA TV-nin xəbərinə görə, yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız metronun "28 May" stansiyasında görünməsi ilə sərnişinləri sevindirdi.

 

Şaxta baba həyatında ilk dəfə olaraq qatarın sərnişini oldu. Bu qatar onu "Nəriman Nərimanov" stansiyasında yolunu gözləyən uşaqlarla görüşməyə aparırdı. Yeni ilin müjdəçisi olan Şaxta baba və Qar qızı birdən-birə qatarda görmək sərnişinlərin diqqətini cəlb etmişdi.

 

Sevimli Şaxta baba və Qar qız balacaları Yeni il münasibətilə təbrik edərək, onlara öz hədiyyələrini təqdim etdi.

 

Şaxta babanı gördüyümüz andan onun əslində kim olması bizi maraqlandırmağa başladı və biz bu sualımıza cavab tapmaq üçün tədbirin sonunu gözləməli olduq. Sonda məlum oldu ki, uğurla yaratdığı Yeni il personajının obrazı ilə balacaları sevindirən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevdir. Biz də vaxt itirmədən Nəsimi Paşayevə yaxınlaşıb, bu maraqlı Yeni il aksiyası ilə bağlı suallarımıza cavab istədik.

 

Nəsimi Paşayev: "Siz özünüz də bilirsiniz ki, biz ayrı-ayrı günlərdə, bayram günlərində xüsusi tədbirlər planı hazırlayırıq, yəni sosial tədbirlərimiz var. Təbii ki, Yeni il ərəfəsindəyik. Yeni ilin atributları da Şaxta baba və Qar qızdır. Biz istədik ki, sərnişinlər arasında xoş əhval-ruhiyyə yaradaq, balaca sərnişinlərimizi təbrik edək, bir Yeni il ab-havası yaradaq. Ona görə də belə bir aksiyanı təşkil etdik".

 

Lalə Babayeva (Qar qız): "Biz arzulayırıq ki, gələn il bu ildən yaxşı olsun. Hamıya xoşbəxtlik arzulayırıq. Kimin ürəyində nə varsa, qoy yaxşı olsun".

 

Elə bu arzularla biz də hər kəsin qarşıdan gələn Yeni ilini təbrik edir, bol ruzili bir il arzulayırıq.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov