Azərbaycan prezidenti əfv sərəncamı imzaladı
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. APA TV-nin məlumatına görə, sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 198 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa islah işləri cəzasına məhkum edilmiş 3 nəfər, cərimə cəzasına məhkum edilmiş 9 nəfər əfv olunub.
Əfv sərəncamının icrasına sabahdan başlanılacaq.