Lənkəranda 150 kq istifadəyə yararsız ət aşkarlandı

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) və Baytarlıq İdarəsinin əməkdaşları rayonda qanunsuz ət tədarükünə qarşı reyd keçirib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, reyd zamanı rayonun Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran ümumilikdə 150 kiloqram çəkidə 3 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.

 

Lənkəran Baytarlıq İdarəsindən bildiriblər ki, aşkarlanmış heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.

 

Faktla bağlı  araşdırmalara başlanıb. 

 

Müəllif | Apa.Tv