Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA TV-nin məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan prosesdə hökm oxunub. Hökmə əsasən, R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onun vəkili Fuad Ağayev hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

 

Qeyd edək ki, R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham edilib. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Müəllif | Apa.Tv
Apa.tv