Bakıda azyaşlı uşaq evi yandırıb

Xətai  rayonu, Yusif Səfərov ev  8, mənzil 12 ünvanında yanğın baş verib. APA-TV-nin məlumatına görə, Sergeyeva Qalina İvan qızına məxsus 2 otaqlı mənzilin 50 kvadratmetri yanıb. Yanğın barədə Fövqəlada Hallar Nazirliyinə (FHN) və Xətai Rayon Polis İdarəsinə ev sahibi məlumat verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda yanğının digər evlərə keçməsinin qarşısı alıb.

 

FHN-nin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsindən APA TV-yə verilən məlumata görə, birinci çağırışla hadisə yerinə çatan yanğınsöndürənlər tez bir zamanda artan alovun qarşısını almağa müvəffəq olublar.

 

Xətai Rayon Polis İdarəsinin hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, yanğına səbəb azyaşlı uşağın kibritlə oynaması olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv