Dollar və avro bu gün də bahalaşdı - RƏSMİ MƏZƏNNƏ AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, dollar və avro Azərbaycan manatı qarşısında möhkəmlənməkdə davam edir. Bu gün açıqlanan məzənnəyə əsasən, 1 ABŞ dolları 1.5578 manatdır. 1,7 manatlıq psixoloji həddi keçmiş avro da manat qarşısında dəyər qazanır. Mərkəzi Bank avronun məzənnəsini 1.7094 manat olaraq açıqlayıb.
1000 Rusiya rublunun rəsmi məzənnəsi isə 21 manat 60 qəpik olaraq müəyyənləşib.
Qeyd edək ki, üzən məzənnəyə keçid qərarından sonra manat ABŞ dolları qarşısında 0.78 qəpik dəyər itirib. Mərkəzi Bank ilin son rəsmi məzənnəsini sabah açıqlayacaq.