45 yaşlı kişi özünü bıçaqladı

Gecə saatlarında Abşeron rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

 

45 yaşlı şəhər sakini Azad Əsədov təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər onun qarın nahiyəsindən bıçaqlandığını bildiriblər. Keçirilən əməliyyatdan sonra özünə gələn Azad Əsədov polisə ifadə verib. O, ifadəsində bıçaqla özünə xəsarət yetirdiyini bildirib.

 

Azad Əsədovun ifadəsinin düzgünlüyü Abşeron polisi tərəfindən araşdırılır. Bıçaq xəsarətinin Azad Əsədova özü və ya digər şəxs tərəfindən yetirildiyi aparılan araşdırmalardan sonra bəlli olacaq.

 

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv