Qaxda xadiməni maşın vurdu

Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin  məlumatına görə, hadisə Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Rayonun Meşəbaş kənd sakini, 44 yaşlı Camali Andreyeviç Zeynalaşvili idarə etdiyi motorollerlə hərəkətdə olarkən şəhər sakini, 50 yaşlı Asudə Şaban qızı Yunusovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asudə Yunusova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Qax RMX-dan verilən məlumata görə, yaralı xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, xəsarət alan Asudə Yunusova  Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyir. Hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.

 

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv