Azərbaycanın dövlət sərhədini pozan 7 banqladeşli tutuldu

Azərbaycan dövlət sərhədinin pozulması cəhdlərinin qarşısı alın­ıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə bildirilib ki, dekabrın 19-da  Biləsuvar rayo­nu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbay­can­dan İran istiqamə­tində dövlət sərhədini pozmağa cəhd göstərərkən Banqladeş Xalq Respub­lika­sının 7 vətən­daşı saxlanılıb.

 

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Təh­lü­kə­siz­lik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış təd­bir­ləri nəti­cə­sində əcnəbi vətəndaşların dövlət sərhə­din­dən qeyri-qanuni yolla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Dekabrın 26-da keçirilmiş əməliyyat-axtarış təd­birləri nəti­cə­sində Azərbaycan vətəndaşı, Ağcabədi şəhər sa­ki­ni Məm­mə­dov Şükür Eyvaz oğlunun vasitəçiliyi ilə Beyləqan rayonunun Əmir­zeyidli kəndi əra­­zisindəki sərhəd zasta­va­sı­nın xidməti sahəsində dövlət sərhə­din­dən qeyri-qanuni yolla İran İslam Respublikasına keç­mə­yə cəhd göstərən Banqladeş vətəndaşları Şoman Barman Çan­dra, Devan Muhammad Sa­lad­­din və onlara bələdçilik edən İran vətəndaşları Mu­­radi Möhsün Əhməd oğlu, Muradi Nadir Kio­mir­zə oğlu sax­lanı­l­­ıb­lar.

 

Hadisə yerində sərhəd pozucularına məxsus "Maqneum" markalı tüfəng, 26 ədəd patron, rezin qayıq və durbin aşkar olunub.

 

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv