Dollar yenə bahalaşdı - İLİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı 2015-ci ildə xarici valyutaların son məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, dollar Azərbaycan manatı qarşısında möhkəmlənməkdə davam edir. Bu gün açıqlanan məzənnəyə əsasən, 1 ABŞ dolları 1.5594 manatdır.
1,7 manatlıq psixoloji həddi keçmiş avro ötən günə nisbətən ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.7046 manat olaraq açıqlayıb.
Rusiya rublunun məzənnəsi isə dəyişməyib. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 22 manat 60 qəpikdir.