Kürdəmirdə iki "VAZ" toqquşdu
Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 199-cu kilometrliyində, Kürdəmir rayon ərazisində baş verib.
Mingəçevir şəhər sakini, 51 yaşlı Rəsulov Mühasib Hacı oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını Kürdəmir rayon sakini Qənbər Qənbərovun idarə etdiyi “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə hər iki maşına xeyli ziyan dəyib, “VAZ-21099” markalı maşının sürücüsü Mühasib Rəsulov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.