Qaz sızması yanğına səbəb oldu: Sabunçu-Zabrat yolunda HƏYƏCAN

Bakının Sabunçu rayonunda qaz sızması qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub, profilaktik tədbirlər görülüb. Qaz sızması davam etdiyindən, əraziyə "Azəriqaz"ın mütəxəssisləri də cəlb olunub. Sabunçu-Zabrat yolunun bu hissəsində nəqliyyatın hərəkəti bir istiqamət üzrə qismən məhdudlaşdırılıb. Qazın sızma mənbəyi müəyyən olunub.

 

Ərazidə işləyən "Azəriqaz"ın əməkdaşlarının bildirdiyinə görə, qaz sızmasına qarşı ilkin qabaqlayıcı tədbirlər görülüb, təhlükə aradan qaldırılıb.

Müəllif | Apa.Tv
Apa.tv