FHN Bakıda avtomobilin yanmasının qarşısını aldı
Fövqəladə Hallar Nazirliyin (FHN) Sabunçu-Zabrat yolunda avtomobilin yanmasının qarşısını alıb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.
Zabratdan üzü şəhər istiqamətində hərəkətdə olan 90 TD 305 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil qəfil tüstüləyib. Sürücü avtomobili tərk edib, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" xidmətinə zəng vuraraq məlumat verib.
Dərhal hadisə yerinə yanğınsöndürənlər gələrək maşının mühərrik hissəsindəki tüstülənmənin qarşısını alaraq, avtomobilin yanmasına imkan verməyiblər.
Avtomobil daha sonra evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb.