Şəmkirdə iki maşın toqquşdu
Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu Muxtariyyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Magistral yolla hərəkət edən “QAZ-3110” markalı avtomobil qarşı yola çıxan “VAZ-2106” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.