Belçikada terrorçulara tələ: 2 nəfər saxlanıldı

Brüsseldə bayram günü terror aktı həyata keçirmək istəyən iki nəfər polis tərəfindən saxlanılıb.

 

APA TV-nin məlumatına görə, polisdən bildirilib ki, Yeni il axşamı şəhərin mərkəzi yerlərində terror hücumlarının həyata keçirilə biləcəyi ilə bağlı məlumat alıblar.

 

Terrorçuların hədəfləri barədə məlumat gizli saxlanılıb. Keçirilən əməliyyat zamanı iki şübhəli şəxs saxlanılıb.

 

Polis saxlanılan şəxslərin noyabrın 13-də Parisdə baş vermiş terror aktları ilə əlaqəsi olmadığını deyib.

 

Qeyd edək ki, 130 nəfərin ölümünə səbəb olmuş terror hücumlarında şübhəli bilinən bəzi şəxslər, o cümlədən qrupun başçısının Belçika ilə əlaqələri olduğu müəyyən edilmişdi. Polis hələ də hücumlarda birbaşa əli olan Brüssel sakini Salah Abdsalamı axtarır.

 

Müəllif | Apa.Tv