Bakıda 24 yaşlı gənc bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

 

Ticarət mərkəzlərinin birinin qarşısında 24 yaşlı Vladislav Levski bıçaqlanıb. Yaralı hadisədən sonra dostu ilə birgə sərnişin avtobusu ilə xəstəxanaya gəlib. Yaralı dərhal müayinə olunaraq əməliyyat götürülüb. Müayinə zamanı yaralıya 4 bıçaq xəsarətinin vurulduğu məlum olub.


Xəstəxananın cərrahı Rasim Abdurəhimov daxil olan şəxsin bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar olduğunu bildirib: "Qarının ön divarında, sağ bud, sol bel və sol bazu nahiyəsindəki yaralara birinci cərrahi müdaxilə edildi. Hazırda vəziyyəti keçirilən əməliyyata uyğundur".

 

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verilib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv